11:05
05 Oktyabr 2020

"Qaçırlar” – Rusiyalı jurnalistlər Xankəndidən yazır

Xankəndi tədricən kabus şəhərə çevrilir.

Lent.az -ın məlumatına görə, bunu Xankəndidə olan rusiyalı jurnalistlər yazırlar.

Məlumata görə, mağaza və kafelərin əksəriyyəti bağlıdır, küçələr boşalır.

“Yerli sakinlər, jurnalistlər siqaret, konserv, çörək almağa belə bircə dükan tapa bilmirlər. Küçələr boşdur, zaman-zaman şəhərdə həyəcan siqnalı eşidilir. Küçələr zibillə doludur. Heç kim yığışdırmır.

"Samra" adlı kafenin sahibi Suriya ermənisidir. Bir neçə il əvvəl Hələbdən qaçaraq Xankəndinə gəlib. “Yeməyə nə var?” sualımıza “əlimizdə olan sonucu ərzaqdan bişirmişik, yeyin”, - deyə cavab verirlər.

Küçələrdə adam yoxdur, amma aradabir maşınlar keçir. Avtobus işləmir. Bütün avtobuslar yerli sakinləri Ermənistana daşımaq üçün səfərbər olunub. Şəhər boşalır. Qaça bilməyənlər isə zirzəmilərdə gizlənməyə məcburdur”.

Dİgər xəbərlər