03:17
05 Oktyabr 2020

Avtomobilin vurduğu piyada xəstəxanada öldü

Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonum Quşqara kəndində qeydə alınıb.

Hərəkədə olan “Hyundai” markalı minik maşını yolu keçmək istəyən kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədov Abdulla Hüseyn oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər