20:11
02 Oktyabr 2020

Ermənistanın İsrailin qarşısında “burcutması” və aşkar antisemitizmi...

Təl-Əvivdəki səfirini guya Azərbaycana silah tədarükü bəhanəsi ilə geri çağırmaq istəyən İrəvan özünü daha çıxılmaz duruma salır
Azərbaycan ordusunun sentyabrın 27-dən başlanmış uğurlu əməliyyatlarından aqoniya vəziyyətinə düşən Ermənistan öz məğlubiyyətini ört-basdır etmək üçün bu dəfə diplomatik cəbhədə “hücum”etmək fikrinə düşüb. Amma bəribaşdan söyləmək mümkündür ki, bu uğursuz cəhd rəsmi İrəvanı daha dərin bataqlığa çəkməkdədir. Söhbət Ermənistanın İsraildəki səfirini geri çağırılması haqda İrəvanın qərarından gedir.

Düşmən ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan oktyabrın 1-də bu barədə danışıb. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmağa qərar verib. XİN təmsilçisi bunu “İsrailin Azərbaycana silah tədarükü”ilə əlaqələndirib. Nağdalyan deyib ki, İsraildən Azərbaycana ən müasir silahların verilməsi “Ermənistan üçün qəbuledilməzdir”.

Diplomatiyada bu cür addımları adətən, dünyada nüfuzu və çəkisi olan dövlətlər edir ki, Ermənistan nə keçmişdə, nə indi bu sıraya daxil deyil. Aydındır ki, Qarabağ cəhbəsində ordumuzun çəkmələri altında əzilən Ermənistan indi saman çöpündən belə yapışmağa yer axtarır. Amma unudurlar ki, əlaltı Ermənistanın İsrail kimi ölkəyə bu cür bəhanələrlə “xox” gəlməsi kənardan çox qeyri-ciddi görünür.

Azərbaycan İrəvan hakimiyyətindən fərqli olaraq müstəqil dövlət kimi istədiyi ölkədən silah almaqda sərbəstdir. Kreditlə və lobbiçilərin dilənib yığdıqları pulla yalnız məhdud sayda ölkədən silah anbarlarını dolduran Ermənistanın İsrail qarşısında bu cür diplomatik şantajla “burcutması” yalnız aysberqin görünən tərəfidir, özünün antisemit siyasətini pərdələmək cəhdidir.

Heç kimə sirr deyil ki, 100 ildir ermənilər yalan “soyqırım” iddiası ilə dünyada döymədikləri qapı qalmayıb. Ermənistanın mənəvi bağlılıqları olduğu faşist ideologiyasının daşıyıcıları II Dünya müharibəsində yəhudilərə qarşı etdiyi soyqırımı isə bütün dünya tanıyıb. Bu səbəbdən də mahiyyət etibarilə faşistlərdən fərqlənməyən Ermənistan hakimiyyəti daima İsrailə qarşı anisemit mövqeyi ilə seçilib. İndi də İrəvanın İsraildən səfirini geri çağırmaq barədə qərarı bu antisemitizmin pərdələnməsi kimi izah edilməlidir.

Ermənistan hakimiyyəti antisemitizm siyasətindən təkcə İsrailə qarşı deyil, öz siyasi rəqiblərini “vurmaq” üçün də istifadə edib. Hələ 2008-ci ildə məşhur “WikiLeaks” saytı Dövlət Departamentinin Ermənistan hakimiyyətinin antisemitizmi necə siyasi alətə çevirdiyini ifşa etmişdi. “Ermənistan mətbuatı müxalifəti pisləmək üçün anitemitizmdən istifadə etməkdə davam edir” başlıqlı hesabatda İrəvanın bu siyasəti ifşa edilmişdi. Hətta iş o yerə çatmışdı ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan antisemitlərin hədəfinə tuş gəlmişdi. Hakimiyyət sabiq prezidentin xanımının yəhudi millətindən olduğu qeyd edərək, onu hədəfə gətirmişdilər.

Dünya yəhudilərinin əsas təşkilatı sayılanm Amerika-Yəhudi təşkilatı da Ermənistanın daima hədəfində olmuşdu. Bunun da səbəbi aydındır: bu təşkilat erməni lobbisinin yalanı üzərində qurulmuş təbliğatını heç vaxt ciddiyə almayıb, onlara nə maddi, nə mənəvi dəstək verib.

Vaxtilə İqor Muradyan “Qolos Armeni” nəşrində isə Ermənistanın anitemitizmini ifşa etmişdi.O, yəhudilərlə ermənilərin qarşıdurmasının semitlərlə arilərin tarixi ədavəti ilə izah etmişdi.

Ötən əsrin əvvələrində 1941-ci ildə “boy göstərəcək” öz faşist babalarını qabaqlayan ermənilərin Azərbaycanda tərətdikləri vəhşiliklərdə yəhudilər də hədəf olub. Onlar da heç bir səbəb olmadan azərbaycanlılar kimi öldürülüb, yandırılıblar. Arxivlərdə bunu təsdiq edən müxtəlif sənədlər var.

Ermənilərin yəhudilərə qarşı düşmən mövqedə olmasını təsdiq edən digər faktlar da var. Məsələn, ASALA teror təşkilatının tərətdikləri tearktların, sui-qəsdilərin hədəfində təkcə türklər və azərbaycanlılar deyil, yəhudilər də olub. ASALA-ya rəhbərlik edən Akop Akopyanın 1972-ci il Yay Olimpiadasında İsrail milli komandasının girov götürülməsində və qətlə yetirilməsində fəal rolunu yada salmaq kifayətdir.

Odur ki, Ermənistanın İsraillə bağlı qərarı heç nəyi dəyişməyəcək. Dəyişməyən həm də erməni məkri, erməni düşmənçilityi, erməni antisemtizmidir...

Dİgər xəbərlər