“Ermənistan yalan və dezinformasiya həyata keçirir”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan bu ölkədən qalxan təyyarənin hansısa F-16 təyyarəsi tərəfindən vurulduğunu iddia edirdi: “Azərbaycan sübut etdi ki, bizim ölkəyə hücum həyata keçirmək istəyən iki hərbi təyyarə havada toqquşub, yaxud dağa toxunaraq partlayıb”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, dünən Nikol Paşinyanın “Facebook” səhifəsinə guya İrəvanın üzərində dronlar olması barədə xəbər qoyulub: “Sonra Ermənistan Müdafiə Nazirliyi tərəfindən guya dronların vurulması xəbəri yayıldı. Ancaq sonra bunun fotoşop olduğu üzə çıxdı. Ermənistan rəhbərliyi fotoşoplarla xalqını qorxutmağa çalışır. Ermənistanın hazırladığı fotoşoplarla bağlı saxtakarlıqlar üzə çıxır”.
H. Hacıyev nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim erməni xalqı, mülki əhali ilə işimiz yoxdur: “Mülki şəxsləri hərbi obyektlərdən kənar durmağa çağırırıq. Bu halda onların da təhlükəsizliyi təmin oluna bilər”.

"Ermənistanın hazırladığı fotoşoplarla bağlı saxtakarlıqlar üzə çıxır” - Hikmət Hacıyev
Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35