“Cəbhədə axıdılan qanlara görə həmsədrlər də məsuliyyət daşıyır” - Deputat
02 oktyabr 2020 12:21 (UTC +04:00)

“Cəbhədə axıdılan qanlara görə həmsədrlər də məsuliyyət daşıyır” - Deputat

“İndi Azərbaycan Ordusu öz tarixinə yeni qızıl səhifələr yazmaqdadır. Biz Vətən müharibəsi aparırıq. Bu müharibə hansısa dövlətlər tərəfindən hansısa ittihama məruz qala bilməz. Bu, beynəlxalq hüququn tələblərinə ziddir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, 30 il öncə yaradılan ATƏT-in Minsk Qrupu bugünkü müharibənin qarşısını ala bilərdi: “Ona görə də cəbhədə bu gün axıdılan qanlara görə ermənilərlə bərabər, ATƏT-in Minsk Qrupunun həmsədrləri də məsuliyyət daşıyır. Təklif edirəm ki, qanunverici orqan kimi xalqımıza, Ordumuza, Ali Baş Komandanımızla birgə olduğumuzu bildirən bəyanatla çıxış edək. Digər tərəfdən artıq Silahlı Qüvvələrimizə Yardım Fonduna xalqımız dəstək olur. Mən də buna qoşuldum və bütün deputatları da ordumuza dəstək olmağa çağırıram. Biz 200 ildən bəri davam edən erməni işğalına son qoymalı, onlara layiq olduqları dərsi verməliyik”.

# 355
avatar

Oxşar yazılar