17:49
01 Oktyabr 2020

Məktəbəhazıqlıq qrupunda distant təhsil olacaq? - CAVAB

Məktəbəhazıqlıq qrupunda distant təhsil nəzərdə tutulmur.

Lent.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məktəbəhazırlıq qruplarında məşğələlərin dərs cədvəli nümunələri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Regiondan asılı olmayaraq, əgər qrupda uşaq sayı sosial məsafəni gözləməklə uşaqların sinif otağında yerləşdirilməsinə imkan verirsə, məşğələlər həftədə 3 dəfə keçiriləcək. Bu zaman uşaq hər gün 4 məşğələdə (hər biri 30 dəqiqə olmaqla) iştirak edəcək. “Fiziki mədəniyyət” məşğələsinə ayrılmış 2 məşğələ saatı (30 + 30 dəqiqə) 3 yerə bölünür və hər dəfə 20 dəqiqə olmaqla təmassız oyunlardan istifadə etməklə məşğələlərarası fasilələrdə keçirilir.

Qrupda uşaq sıxlığı yüksək olduğu halda, qrup iki yarımqrupa bölünür və hər yarımqrup həftədə 2 dəfə məşğələyə gəlir. Bu zaman “Fiziki mədəniyyət” məşğələsi üçün ayrılmış 2 məşğələdən biri “Ətraf aləmlə tanışlıq”, digəri isə “Bədii təfəkkürün inkişafı” məşğələsinə verilir.

Heç bir halda müəllimin izafi dərs yükü yaranmır.

Dİgər xəbərlər