Erməni rejissorun Qarabağ müharibəsi haqda filmi Beynəlxalq Festivalın proqramından çıxarıldı
01 oktyabr 2020 12:01 (UTC +04:00)

Erməni rejissorun Qarabağ müharibəsi haqda filmi Beynəlxalq Festivalın proqramından çıxarıldı

Erməni rejissor Civan Avetisyanın I Qarabağ müharibəsi zamanı operatorların işindən bəhs edən "Cənnətə Qapı" filmi Moskva Beynəlxalq Kinematoqrafiya Festivalının proqramından çıxarılıb.

APA-nın məlumatına görə, tədbirin proqram direktoru Kirill Razqolov deyib ki, bu addım regionda hərbi əməliyyatların başlaması səbəbindən təhlükəsizlik məqsədilə atılıb.

Filmin rejissoru Civan Avetisyan isə qərarı şərh etməyərək, bundan təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Moskva Beynəlxalq Kinematoqrafiya Festivalı 1-8 Oktyabr tarixləri arasında keçiriləcək.

# 877
avatar

Oxşar yazılar