Düşmənin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ciddi ziyan dəydi
29 sentyabr 2020 17:49 (UTC +04:00)

Düşmənin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ciddi ziyan dəydi

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib.

Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.

# 862
avatar

Oxşar yazılar