Azərbaycana təcavüz Ermənistanın öz ərazisindən edilir - Prezidentin köməkçisi
29 sentyabr 2020 13:36 (UTC +04:00)

Azərbaycana təcavüz Ermənistanın öz ərazisindən edilir - Prezidentin köməkçisi

"Bu gün səhər radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Vardenis rayonu ərazisindəki mövqelərindən Azərbaycanın Daşkəsən rayonunu və digər bölgələrini artilleriyadan atəşə tutub".

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu onu göstərir ki, Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın öz ərazisindən də həyata keçirilir: “Bu hadisələr Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz aktı kimi qiymətləndirilir ki, burada da suveren dövlət olan Ermənistanın ərazisindən Azərbaycana qarşı növbəti hücum akt həyata keçirilib”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar