Azərbaycan Dillər Universiteti (ADU) onlayn dərslərə fasilə verilməsi barədə qərar verib.
Bu barədə Lent.az-a ADU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının qarşısını almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə ərazisində internetin verilməsini məhdudlaşdırıb:
"Bunu nəzərə alaraq, Azərbaycan Dillər Universitetinin (ADU) rəhbərliyi mümkün alternativ vasitələrdən istifadə etməklə onlayn dərslərə qeyri-müəyyən müddətdə fasilə verilməsi haqqında qərar qəbul edib".