11:54
28 Sentyabr 2020

Ceyhun Bayramovdan xarici ölkələrin Azərbaycandakı səfirlərinə MÜRACİƏT

“Dünən axşam saatlarında Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatları ilə videokonfrans formatında müşavirə keçirildi”.

APA-nın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirlən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, diplomatlarımıza operativ şəkildə beynəlxalq ictimaiyyətin məlumatlandırılması barədə tapşırıq verilib: “İyul təxribatları zamanı gördük ki, xaricdə azərbaycanlıların dinc aksiyalarına qarşı təxribatlar törədilib, hücumlar olub. Bu gün də xarici ölkələrin səfirlərinin burada olmasından istifadə edərək, ölkələrinizdə bu cür təxribatların həyata keçirilməməsi, diplomatilarımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsini rica edirik”.

Dİgər xəbərlər