“Qarabağ”ın Polşaya səfəri ləngiyə bilər
28 sentyabr 2020 10:51 (UTC +04:00)

“Qarabağ”ın Polşaya səfəri ləngiyə bilər

Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun apasport.az saytına verdiyi məlumata görə, komanda sabah Polşaya səfər etməyi planlaşdırır.

İbrahimov qeyri-adi bir vəziyyət yaranmasa, sabah günorta saatlarında yola çıxacaqlarını söyləyib. Ancaq klub rəsmisi mövcud durumla əlaqədar səfərin sentyabrın 30-na təxirə salınmasını da istisna etməyib. Baş məşqçi Qurban Qurbanov matçın oynanılacağı stadionda oyundan bir gün əvvəl son məşqini keçəcək.

Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da start götürəcək. 

# 856
avatar

Oxşar yazılar