20:44
27 Sentyabr 2020

“İran Dağlıq Qarabağ bölgəsində həyəcanverici şiddəti diqqətlə izləyir” - Zərif

İran Dağlıq Qarabağ bölgəsində həyəcanverici şiddəti diqqətlə izləyir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişəyə münasibət bildirərkən deyib.

"Biz bütün tərəflərdən istəyirik ki, tez bir zamanda düşmənçiliyi kənara qoyub, ixtilafların həlli üçün danışıqlara başlasın. Qonşularımız bizim proritetimizdir. Biz danışıqlar üçün yaxşı şəraitin yaradılmasına hazırıq”.

M. C. Zərif qeyd edib ki, bölgənin hazırkı şəraitdə sülh və sabitliyə ehtiyacı var.

Dİgər xəbərlər