Cocuq Mərcanlıya top mərmisi atıldı: elektrik yarımstansiyası sıradan çıxdı
27 sentyabr 2020 16:34 (UTC +04:00)

Cocuq Mərcanlıya top mərmisi atıldı: elektrik yarımstansiyası sıradan çıxdı

Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxıb, kənddə elektrik enerjisi kəsilib.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu, Baş Prokurorluğun mətbuat xidmətinin Ermənistan ordusunun genişmiqyaslı təxribatları ilə bağlı yaydığı yeni məlumatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

# 439
avatar

Oxşar yazılar