15:24
27 Sentyabr 2020

CHP Ermənistanın təxribatını pisləyən bəyanat yaydı

“Ermənistanın beynəlxalq hüquqa zidd olaraq atəşkəsi pozmasını və mülki şəxslərin ölümünə, yaralanmasına səbəb olan hücumunu qınayırıq. Cümhuriyyət Xalq Partiyasının (CHP) hər zaman azərbaycanlı qardaşlarımızın yanında olduğunu bir daha vurğulayırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu, CHP-nin Ermənistanın hərbi təxribatları ilə bağlı yaydığı bəyanatında əksini tapıb.

Bəyanatda təmas xəttində baş verənlərdən narahatlıq keçirildiyi bildirilib.

Qeyd olunub ki, Ermənistanın təcavüzkar hücumlarına dərhal son qoyulmalı, sülhün bərqərar olması üçün ilk növbədə, Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmalıdır.

Dİgər xəbərlər