“Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir” - Ömer Çelik
27 sentyabr 2020 12:30 (UTC +04:00)

“Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir” - Ömer Çelik

“Ermənistan bu hücumları ilə insanlığa qarşı cinayətlər törədir. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini qaldırmalıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik “Twitter” səhifəsində bu gün səhər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmasına münasibət bildirərkən belə deyib.

AKP sözçüsü qeyd edib ki, Türkiyə ermənilərin Azərbaycana hücumunu qətiyyətlə pisləyir: “Ermənistan bir daha qanunsuz təxribat həyata keçirdi. Ermənistan odla oynayır və regional sülhü təhdid edir. Bu hücumlar bir daha göstərdi ki, Ermənistan beynəlxalq hüququ tanımır. Türkiyə indiyədək Azərbaycanın yanında olub və olmağa davam edəcək”.

# 1315
avatar

Oxşar yazılar