"Söyüş yazan istifadəçini..." - müğənni Aslan başına gələni danışdı
26 sentyabr 2020 18:32 (UTC +04:00)

"Söyüş yazan istifadəçini..." - müğənni Aslan başına gələni danışdı

Müğənni Aslan Hüseynov sosial şəbəkə ilə bağlı başına gələn hadisəni açıqlayıb.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəbər-ətər" proqramında İnstaqramda ünvanına yazılan təhqirlərdən danışıb. O bildirib ki, söyüş yazan istifadəçini polisə şikayət edir:

"Bir dəfə də məni təhqir edəni tapıb gətirtdim. Valideynlərinə qədər gətirdilər. Salyanda yaşayırdılar. Şəxsiyyətimə toxunan sözlər yazmışdı. Gəlib üzr istədi. Kimsə təhqir edərsə, bütün iş-gücümü atıb onu tapmaqla məşğul olaram".

# 3964
avatar

Oxşar yazılar