Livanın Baş naziri istefa verdi
26 sentyabr 2020 15:12 (UTC +04:00)

Livanın Baş naziri istefa verdi


Livanın Baş naziri Mustafa Adib istefa verib.

APA-nın "Al-Hadath"telekanalına istinadən verdiyi xəbərə görə, Baş nazir Mustafa Adib yeni hökumət kabineti qurmaqdan imtina etdiyi və postundan istefa verdiyini açıqlayıb.

"Mən üzr istəyirəm... Siyasi bloklar kabinetin formalaşdırılması naminə razılaşmanı pozdular. Onlar hökumətin qurulması prosesini siyasiləşdirməkdən vaz keçmədilər", deyə Mustafa Adib prezident Mişel Aun ilə görüşdən sonra bildirib.

Mustafa Adib Livanda vəziyyəti sabitləşdirmək üçün Fransanın təşəbbüslərinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb: "Biz Livanı xilas etmək üçün Fransa Prezidenti Emmanuel Makronun siyasi böhranın həlli ilə bağlı təşəbbüsünü həyata keçirməyə davam etməliyik".

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra Livanda hökumətin istefasını tələb edən kütləvi aksiyalar keçirilib. Nəticədə Livan hökuməti istefa verib. Daha sonra 2013-cü ildən Livanın Almaniyadakı səfiri olan Mustafa Adibin ölkənin Baş naziri postuna namizədliyi irəli sürülüb, Livanın keçmiş Baş naziri və ölkənin ən böyük sünni partiyasının lideri Saad əl-Həriri, Hizbullah hərəkatı və Valid Cumblattın lideri olduğu Proqressiv Sosialist Partiyası onun namizəliyini dəstəkləyib. Parlamentdə də namizədliyi böyük səs çoxluğu ilə dəstəklənən Mustafa Adib avqustun 31-də Prezident Mişel Aun tərəfində bu posta təyin olunub.

# 1216
avatar

Oxşar yazılar