Yanğın ot tayasından evə keçdi - FOTO
26 sentyabr 2020 11:12 (UTC +04:00)

Yanğın ot tayasından evə keçdi - FOTO

Ağdaş rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Mürsəl kəndində yaşayan məcburi köçkün Əfqan Allahverdiyevə məxsus 280 kv/m sahəsi olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub. Hadisə zamanı evin bir hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı vaxtında alınıb və evin iki otağı yanmayıb. Hadisə zamanı xəsarət alan olmayıb. Məlumata görə evə bitişik yerdə ot tayası olub və yanğın əvvəlcə həmin hissədən başlayıb.

Faktla bağlı araşdırma aparılır.

# 2728
avatar

Oxşar yazılar