Yas və toy mərasimlərinə icazə verilməməsinin SƏBƏBİ
25 sentyabr 2020 16:42 (UTC +04:00)

Yas və toy mərasimlərinə icazə verilməməsinin SƏBƏBİ

“Həm açıq, həm də qapalı məkanlarda say məhdudiyyəti var. Ümumiyyətlə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kütləvi tədbirlərin təşkili, bir ərazidə 10 nəfərdən artıq adamın toplaşması qadağandır”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib.

Onun sözlərinə görə, bu o deməkdir ki, eyni tələb ictimai iaşə obyektlərinin açıq hava məkanlarına da tətbiq olunur: “Nəyə görə açıq havada tələblərə əməl edilməklə yas və toyların keçirilməsinə icazə verilməməsi səbəbinə gəldikdə isə, bu mərasimlər qohumlar, tanışlar, yaxınlar arasında baş verir. Yaxın ünsiyyəti olan insanlar sadəcə gəlib birbaşa masa arxasında əyləşib qida qəbul etməklə məşğul olmur. Həmin şəxslər tez-tez bir-birləri ilə görüşürlər. Adətən bizdə toy və yas mərasimləri uzun müddət bir-birini görməyən insanların görüş məkanına çevrilir. Bu, o deməkdir ki, onlarla, yüzlərlə insan bu mərasimlərdə bir-biri ilə sadəcə masa arxasında deyil, ayaq üstə durarkən də yaxın təmas qurur. Bu da yoluxma üçün çox yüksək risk sayılır və doğrudan da təhlükəli hal ola bilər. Amma eyni masa ətrafında bir-birinə yad olan  insanlar əyləşdikdə bu risk baş vermir. Təbii ki, epidemik risk, yoluxma sayı azaldıqca bu məsələlərə baxılacaq.  Hazırda qüvvədə olan qərarın əsas arqumenti budur ki, kütləvi şəkildə toplaşmaq kütləvi şəkildə ünsiyyət deməkdir. Bu isə kütləvi şəkildə yoluxma riski yaradır”. 

# 6742
avatar

Oxşar yazılar