Qrip zamanı bunları etmək olmaz
25 sentyabr 2020 19:33 (UTC +04:00)

Qrip zamanı bunları etmək olmaz


Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi qrip haqqında tövsiyələr açıqlayıb.

Lent.az e-tibb.az-a istinadla onları təqdim edir:

Qrip haqqında bunları bilmək vacibdir!

Qrip viruslar tərəfindən törədilən infeksion xəstəlikdir. Çox sürətlə, hava-damcı yolu ilə yayılır.

Qripin profilaktikası üçün ən vacib şərtlər:

Xəstə ilə ünsiyyətdən uzaq olmaq

Əlləri tez-tez sabunla yumaq

Xüsusi maskalardan istifadə etmək

Yadda saxlayın:

Həkimlə məsləhətləşməmiş uşaqlara dərman verməkdən çəkinin.

Heç bir zaman 16 yaşdan kiçik olan uşaqlara Aspirin vermək olmaz!

Qrip zamanı antibiotik qəbul etməyin və uşaqlarınıza antibiotik verməyin!

Antibiotiklərin virus xəstəliklərinə qarşı heç bir təsiri yoxdur!

Onlar yalnız qripin ağırlaşmaları zamanı həkim tərəfindən təyin edilə bilər!

# 3328
avatar

Oxşar yazılar