11:54
25 Sentyabr 2020

Bakıda dezinfeksiya XƏBƏRDARLIĞI

Sabah Bakının bir neçə küçə və prospektində dezinfeksiya işləri həyata keçiriləcək.

Lent.az -ın paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə, sentyabr ayının 26-ı səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraqsakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Dİgər xəbərlər