Balıqçıya 100 milyon qazandıran "daş"
25 sentyabr 2020 11:39 (UTC +04:00)

Balıqçıya 100 milyon qazandıran "daş"

2006-cı ildə filippinli balıqçı balıq ovlayarkən toruna ovundan başqa bir daş düşür.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, özü ilə evinə gətirdiyi bu daşı düz 10 il saxlayır.

2016-cı ildə evində baş verən yanğın bu daşın rəngini dəyişir. Kişi daşı təmizləmək üçün mütəxəssislərə müraciət etməyə qərar verir və "daş" ın əslində nəhəng bir sədəf olduğu məlum olur.

Təxminən 70 santimetr uzunluğunda olan 34 kiloqramlıq incini balıqçıdan 100 milyon dollara alırlar.

 

# 2608
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar