16:11
24 Sentyabr 2020

Asiya İnkişaf Bankı Azərbaycana pandemiyaya görə yardım ayırdı

Asiya İnkişaf Bankı (AİB) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə birgə “COVID-19 yeni növ koronavirus pandemiyasının, habelə digər yoluxucu xəstəliklərin potensial pandemiyalarının mənfi təsirinin azaldılması məqsədilə regional dəstək” texniki yardım layihəsinin nəticələrinə həsr olunmuş hesabat tədbiri keçirib.

Lent.az xəbər verir ki, tədbirdə həyata keçirilən işlər haqqında məlumat verilib.

Qeyd olunub ki, bu günədək AİB Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra regional layihələrin maliyyələşdirilməsində iştirak edib. Əməkdaşlıq və dəstəyin növbəti nümunəsi olaraq, AİB-nin Azərbaycandakı daimi nümayəndəliyi tərəfindən ölkəmizə sözügedən layihə çərçivəsində 455 min dollarlıq texniki yardım ayrılıb. Bu yardıma tibb işçiləri üçün fərdi qoruyucu vasitələr, o cümlədən kombinezon, N95 respirator maska, qoruyucu eynək və digər tibbi ləvazimatlar daxildir.

Dİgər xəbərlər