İki maşın toqquşdu: sürücülərdən biri öldü
24 sentyabr 2020 12:45 (UTC +04:00)

İki maşın toqquşdu: sürücülərdən biri öldü

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 22-də saat 10 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Seyfullayevin idarə etdiyi “Niva” və Mirövsət Səmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən M.Səmədov sentyabrın 23-də orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

# 1333
avatar

Mehman Nəbiyev

Oxşar yazılar