Azərbaycan və Gürcüstan XİN başçılarının geniş tərkibdə görüşü keçirilib
24 sentyabr 2020 12:10 (UTC +04:00)

Azərbaycan və Gürcüstan XİN başçılarının geniş tərkibdə görüşü keçirilib

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı David Zalkaliani ilə geniş tərkibdə görüşü keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində məlumat verilib.

 

***

saat 11:01

Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində həmkarı David Zalkaliani ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyində baş tutan görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, nazir C. Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.

# 1543
avatar

Oxşar yazılar