İstixanada narkotik əkən tutuldu - FOTO
24 sentyabr 2020 10:56 (UTC +04:00)

İstixanada narkotik əkən tutuldu - FOTO

Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rayonun Qobustan kəndi ərazisində Niyazi Məhərrəmovun yaşadığı evin həyətində istixanada narkotik tərkibli çətənə kollarını əkdiyi barədə əməliyyat məlumatı daxil olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin ünvan dərhal nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Niyazi Məhərrəmov iş başında, yəni çətənə kollarına qulluq edəndə saxlanılıb. Onun çətənə kollarını əkdiyi istixanaya baxış zamanı ümumi çəkisi 14 kiloqram olan 18 ədəd narkotik tərkibli çətənə bitkisi və həyətdə yerləşən yarımtikilidən 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

# 1228
avatar

Mehman Nəbiyev

Oxşar yazılar