Anası əmizdirərkən xəstələndi və…
23 sentyabr 2020 19:24 (UTC +04:00)

Anası əmizdirərkən xəstələndi və…

Anası əmizdirərkən xəstələnən və Ədirnənin Enez mahalında xəstəxanaya yerləşdirilən 23 günlük Ata Deniz U., həkimlərin bütün müdaxiləsinə baxmayaraq həyatını itirib.

Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, hadisə mahalın Yeni Məhəllə bölgəsində meydana gəlib. 23 günlük Ata Deniz U.nun anası körpənin hərəkətsiz olduğunu və ana südü verərkən nəfəs almadığını görüb. Xəbər verildikdən sonra hadisə yerinə sağlamlıq qrupları göndərilib. Hadisə yerinə gələn həkim qrupları tərəfindən Enez Dövlət Xəstəxanasına aparılan və ürəyi yenidən döyünməyə başlayan Ata Deniz, daha sonra Keşan Dövlət Xəstəxanasına köçürülüb.

Ata Deniz həkimlərin bütün müdaxiləsinə baxmayaraq vəfat edib. Prokuror və polis xəstəxana meyitxanasını araşdırdıqdan sonra Ata Dənizin cənazəsi ölümün dəqiq səbəbini təyin etmək üçün Edirne Ədli Tibb Təşkilatına köçürülüb.

Polis körpənin anası və atasının da ifadələrini alıb. Bu iş üzrə istintaq hələ davam edir.

# 2980
avatar

Oxşar yazılar