“Paxtakor”un tanınmış məşqçisi koronavirusa yoluxdu
23 sentyabr 2020 19:07 (UTC +04:00)

“Paxtakor”un tanınmış məşqçisi koronavirusa yoluxdu

Özbəkistanın Super Liqa komandalarından biri olan "Paxtakor"un baş məşqçisi olan Şota Arveladze, yeni növ koronavirusa tutulub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, gürcü baş məşqçi öz Twitter hesabında COVID-19 testinin müsbət olduğunu bildirib və "özümü təcrid etdim və nəticələrin doğrulanması üçün ikinci testi gözlədim. Vəziyyətim barədə sizə məlumat verməyə davam edəcəyəm", - deyib. 

Bir müddət “Trabzonspor”da oynayan və “Kayserispor” və “Kasımpaşa”da baş məşqçilik də edən 47 yaşlı Şota, 2017-ci ildə "Paxtakor"u çalışdırmağa başlayıb.

# 2374
avatar

Oxşar yazılar