12:15
23 Sentyabr 2020

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin NƏTİCƏLƏRİ

Sentyabrın 18-20-də keçirilən müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb.

Vakant yer tutmuş namizədlər sentyabrın 25-i saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.

Dİgər xəbərlər