12:49
23 Sentyabr 2020

Dağıstanda məhkumlar belə qaçdılar - FOTOLENT - YENİLƏNİB

Dağıstanda cəzaçəkmə müəssisəsindən qaçan məhbuslarla bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, məhkumlar Mahaçqala yaxınlığındakı Şamxal qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsindən qaçıblar. Bu həbsxanada 1100 adam cəza çəkir. Biri Tacikistan vətəndaşı, yerdə qalanlar Dağıstan sakinləridir. Onlar - Najmudin Axmednabiyev, Raşid Aminov, Maqomed Abdulkadirov, Şamil Boymatov, Maqdi Miriev və Maxmadrasul Maşrabov qətl, narkotik satışı kimi ağır cinayətlərdə ittiham olunaraq 8 ildən 15 ilədək həbs cəzası alıblar.

Hazırda bütün Dağıstan polisi ayaqdadır. Hər yerə postlar qoyulub.

***

10:34

Dağıstanda 6 məhkum cəzaçəkmə müəssisəsindən qaçıb.

APA-nın xəbərinə görə, bu barədə TASS güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhkumlar Şamxal qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsindən tunel qazaraq gecə saatlarında qaçıblar.

Məhkumlardan biri Tacikistan vətəndaşı, yerdə qalanlar Dağıstan sakinləridir.

Dörd nəfər narkotik cinayətlərinə görə, 2 nəfər isə qətlə görə uzunmüddətə azadlıqdan məhrum ediliblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkumların axtarışları davam edir.

Dİgər xəbərlər