Bakıda istixana işçiləri gölməçəni zibilləyi çevirdi - FOTO
23 sentyabr 2020 09:47 (UTC +04:00)

Bakıda istixana işçiləri gölməçəni zibilləyi çevirdi - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya məcburi göstəriş verilib.

# 1474
avatar

Oxşar yazılar