18:50
22 Sentyabr 2020

Qan donduran hadisə: Beş qız atası arvadının qarnını yardı

Bu xəbəri eşidənləri bir sual maraqlandırır: "Bu şəxs ultrasəsin mövcudluğundan xəbərdar olmaya bilərmi?"

Hindistanda doğulacaq övladlarının cinsini öyrənmək istəyən bir kişi arvadının qarnını yarmaqda günahlandırılır.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, 5 qızı olan qadın 6-cı körpəsinə hamilə qalıb və bu dəfə əri doğulacaq uşağın oğlan olub- olmadığını öyrənmək üçün qadının qarnını kəsib. NDTV Televiziyasına danışan polis rəsmisi Pravin Singh Çauhan, Budaun qəsəbəsində yaşayan 35 yaşlı qadının vəziyyətinin ağır olduğunu söyləyib. Adı açıqlanmayan ata həbs olunarkən, 7 aylıq hamilə qadının və körpənin sağlamlıq vəziyyəti ilə bağlı başqa bir açıqlama verilməyib.

Qeyd edək ki, Hindistanda nəsillər boyu oğlan övladlarına üstünlük verilir və bu səbəbdən də ölkədə cinsiyyət əsaslı abort geniş yayılıb.

Dİgər xəbərlər