Dərslikdə erməni bayrağının rəngləri var? - Təhsil Nazirliyindən CAVAB
21 sentyabr 2020 15:55 (UTC +04:00)

Dərslikdə erməni bayrağının rəngləri var? - Təhsil Nazirliyindən CAVAB

"Təhsil Nazirliyi bəyan edir ki, sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyildir və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib".

Lent.az bildirir ki, bu açıqlamanı Təhsil Nazirliyi yayıb:

Nazirliyin məktəblər üçün nəşr etdirdiyi bütün dərsliklərlə www.trims.edu.az saytının “Qrifli dərsliklər” bölməsində tanış olmaq mümkündür. Təhsil sahəsi və dərsliklər ictimaiyyətin daim maraq dairəsində olduğundan  bəzi maraqlı şəxslər vaxtaşırı olaraq belə köhnəlmiş və ya uydurma məlumatları yaymaqla  insanlar arasında süni ajiotaj və narazılıq yaratmağa cəhd edirlər. Çünki bir çox insanlar yayılan xəbəri araşdırmadan onu mütləq həqiqət kimi qəbul edirlər. Təhsil Nazirliyi geniş ictimaiyyətdən dərsliklər barədə yayılan xəbərlərin  doğruluğunu www.trims.edu.az saytı vasitəsilə yoxlamağı xahiş edir.

Eyni zamanda bildiririk ki, istənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması zamanı mövcud qanunvericiliyə əsasən, nəşr üçün nəzərdə tutulmuş materialların senzurasına yol verilmir. Hər bir hüquqi və ya fiziki şəxs nəşriyyat məhsulunun sifarişçisi ola bilər.

# 4051
avatar

Oxşar yazılar