"Təhsili olmayanlar musiqidən dərs keçirlər" - Elza Seyidcahan  - VİDEO
21 sentyabr 2020 15:27 (UTC +04:00)

"Təhsili olmayanlar musiqidən dərs keçirlər" - Elza Seyidcahan - VİDEO

Əməkdar artist Elza Seyidcahan növbəti dəfə tənqidi fikirlər səsləndirib.

Lent.az-ın məlumatına görə, ifaçı “Xəbər-ətər” verilişində bildirib ki, musiqi təhsili olmayanlar musiqidən dərs keçirlər:

“Sentyabrın 18-də Musiqi günü idi. Jurnalistlər mənə sual verdi ki, bu günlə bağlı nə deyə bilərsiniz? Dedim, təəssüflər olsun ki, musiqi təhsili olmayanlar musiqidən dərs keçirlər. Onlar not bilmirlər. Amma buna baxmayaraq, fəxr edirəm ki, konservatoriyamızda gözəl musiqiçilər yetişdirilib”.  

# 2971
avatar

Yalçın UĞUR

Oxşar yazılar