Bakıda maşın oğruları tutuldu
21 sentyabr 2020 15:23 (UTC +04:00)

Bakıda maşın oğruları tutuldu

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini P.Quliyev sentyabrın 20-də gecə saat 4 radələrində rayon ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş S.Xəlilov avtomobillə birgə Yasamal rayonu ərazisində saxlanılıb.

Aparılmış tədbirlərlə onun C.Musayevə məxsus “Mercedes” markalı avtomobili qaçırması da müəyyən edilib.

Digər oxşar cinayət hadisəsi paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini Ə.Ləzimov sentyabrın 10-na keçən gecə rayon ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov sentyabrın 19-da avtomobillə birgə rayon ərazisində saxlanılıblar.

# 1393
avatar

Mehman Nəbiyev

Oxşar yazılar