Azərbaycanda daha bir yeni doğulan uşaq öldü
21 sentyabr 2020 12:04 (UTC +04:00)

Azərbaycanda daha bir yeni doğulan uşaq öldü

Sentyabrın 20-də saat 03 radələrində Sabirabad rayonu, Qasımbəyli kənd sakini Aytac Quliyevanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Aytac Quliyevanın sentyabrın 16-da saat 13 radələrində doğuş sancıları ilə daxil olduğu Sabirabad rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu oğlan uşağının dünyaya gəlməsi və qeyd edilən tarixdə yeni doğulmuş uşağın ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

# 1633
avatar

Mehman Nəbiyev

Oxşar yazılar