Bakıda bağbanı tok vurub öldürdü
21 sentyabr 2020 11:22 (UTC +04:00)

Bakıda bağbanı tok vurub öldürdü

Sentyabrın 20-də səhər saat 6 radələrində Yasamal rayonu ərazisində Rahman Əslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən mebel salonunda bağban işləyən Rahman Əslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən olunub.

Hazırda fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma davam etdirilir.

# 1852
avatar

Mehman Nəbiyev

Oxşar yazılar