19:07
21 Sentyabr 2020

Ölümündən illər keçsə də, sirri açılmayan qadın: Vətən xaini, yoxsa sadiq aşiq?

144 il əvvəl, 1876-cı ilin 7 avqustunda, 20-ci əsrin ən sirli qadınlarından biri dünyaya gəlib. Mata Hari...

Ona bir çox ad verilib: rəqqasə, seks işçisi, casus, xain: amma heç kim bu heyrətamiz qadının kim olduğunu həqiqətən öyrənmədi. Matanın həyat hekayəsi bu gün də tədqiqatçıları düşündürən yüzlərlə əfsanədən ibarətdir.

Marqarita Gertruida Zelle, yəni Mata Hari Hollandiyanın Leeuvarden şəhərində anadan olub. Adam Zelle və Antje van der Meulenin tək qızı idi. Cütlüyün ümumilikdə 4 övladı olub. Matanın ailəsi çox varlı idi. Atası bir papaq dükanına sahib idi və dövründə neft sənayesinə uğurlu investisiyalar qoymuşdu. Marqarita nəcib ailələlərin övladları gedən bir məktəbədə təhsil almağa başlayır. Ancaq bir neçə il sonra atası müflis olur və daha sonra Matanın anasını boşayır. 15 yaşında olanda anası vəfat edir və ailəsi tamamilə yıxılır.

Atası Marqaritanı xaç atası ilə yaşamaq üçün yaxınlıqdakı bir şəhərə göndərir. Burada Marqarita uşaq bağçası müəllimi olmaq üçün təhsil almağa başlayır. Amma çox çəkmir ki, bu bədbəxt qadının həyatında yenidən xoşagəlməz hadisə baş verir. Məktəbin müdiri onunla görüşmək və münasibət qurmaq istədikdə, xaç atası Marqaritanı buradan çıxarır. Bir neçə ay sonra o, Laheydəki dayısının evinə qaçır.

19 yaşında olarkən 39 yaşlı zabit Rudolf Mackleod ilə evlənir. Zabit qəzetdə özünə arvad axtardığı barədə elan vermişdi. Evlənərək azad olacağını düşünən Marqarita dərhal bu adamla əlaqə qurur. Bir-biriləri ilə çox az tanış olduqdan sonra böyük yaş fərqinə baxmayaraq evlənirlər. Əlbəttə, bir-birilərini həqiqətən sevmirdilər, amma evlilikləri o qədər də pis deyildi. Tezliklə həyat yoldaşı ilə birlikdə bir oğlan və bir qız dünyaya gətirdiyi Java adasına köçürlər. Ancaq evlilik böyük məyusluqla nəticələnir. Çünki ərinin məşuqəsi var idi. Marqarita ərini tərk edərək başqa bir hollandiyalı zabitlə münasibət qurur.

Bu müddətdə İndoneziya ənənələri və rəqsləri haqqında çox şey öyrənməyə başlayır. Qısa müddətdən sonra yerli bir rəqs qrupuna qatılır və orada "Səhnə" adı alır. “Günün gözü” olaraq tərcümə edilə bilən “Mata Hari”...

Mata Harinin İndoneziya əsilli olduğuna inanan bir çox insan olsa da, tədqiqatçılar bunun özünün uydurduğu bir yalan olduğunu düşünürlər.

Əri ilə münasibətlərinin pis olmasına baxmayaraq, həyat yoldaşı Matanı ailəsinin yanına qayıtmağa razı sala bilir. 1899-cu ildə ailə faciəvi bir hadisə yaşayır. Onların oğlu vəfat edir. Gənc oğlan bir ailə xəstəliyinin müalicəsindəki fəsadlar səbəbiylə xəstələnir, ancaq Jeanne sağ qalır. Bəziləri onların qulluqçu tərəfindən zəhərləndiklərini deyir, lakin digər mənbələr bunu ailənin düşməninin edə biləcəyini iddia edir. Bu hadisədən 4 il sonra Hollandiyada boşanmağa qərar verirlər. Əri qızıMataya vermək istəmir. Mata da bunu qəbul etmək məcburiyyətində qalır... Sonradan, qızı 21 yaşında olanda vəfat edir.

Mata bir qəpiksiz Parisə gedir. “Leydi Makleod” adı altında çıxış etdiyi bir sirkdə işə başlayır, lakin daha sonra ekzotik bir rəqqas kimi şöhrət axtarmağa qərar verir. Daha sirli və maraqlı görünmək üçün Mata Hari özü haqqında bir çox yalan uydurur. Məsələn, hamıya rəqs etməyi öyrəndiyi bir şərq monastırında böyüdüyünü söyləyir. Yalnız Parisdə deyil, digər Avropa paytaxtlarında da çox sürətlə məşhur olur. Onun adı dekoliteli paltarda şəkil çəkdirdiyi poçt markalarında görünməyə başlayır. Matanın atası hətta qızının həyatından bəhs edən bir kitab da yazır. Və bu ona çox pul qazandırır. Əlbəttə, bu vəziyyət Matanı daha da məşhurlaşdırır.

İnanılmaz dərəcədə müvəffəqiyyətli olmasına baxmayaraq, bir anda rəqs karyerasını dayandırır və seks işçisi olmaq məcburiyyətində qalır.

Həyatının çox gec dönəmlərində rəqqas olmağa başladığına görə əlavə kilo almağa başlayır. Müxtəlif ölkələrdən olan yüksək rütbəli əsgərlər, siyasətçilər və digər nüfuzlu insanlarla münasibətləri var idi. Giacomo Puccini və Henri de Rotşild onunla birlikdə yaşamaq istəyənlər arasında yer alır. Parisdə və Haaqada evləri var idi. Mataya bahalı hədiyyələr verilsə də, maddi problemləri var idi.

Bütün pulları kart oyunlarına xərcləyirdi. Əslində, bu Matanın əsl ehtirası idi. Birinci Dünya müharibəsinin başlaması ilə çox şey dəyişir. Mata Harinin əvvəllər sənət adamı olduğuna inanılırdı, lakin müharibə başlayanda bir çox insan onu təhlükəli cazibədar biri kimi görməyə başlayır.

Mata Hollandiya vətəndaşı idi. Avropanı çox gəzmişdi. Bu da Fransa və Almaniya gizli xidmətlərinin diqqətini çəkir.

1916-cı ildə Rusiya kapitanı Maslovla qarşılaşır və ona aşiq olur. Təəssüf ki, çox keçmir Maslov müharibədə bir gözünü itirir. Bəzi mənbələrə görə, bu, Matanın həyatının eşqi adlandırdığı adamı görmək üçün Fransa adından Almaniyaya qarşı casusluq etməyə razı olduğu zamana təsadüf edir. Fransa kəşfiyyatı ondan lazımi məlumatları aldıqdan sonra Masovu görə biləcəyini söyləyir. Bundan sonra Mataya H-21 adı verilir.

Mata, Alman şahzadəsi Vilhelmi başdan çıxarmağı və ondan lazımi məlumatları almağı planlaşdırmışdı. 1916-cı ilin sonunda şahzadə ilə görüşmək istədiyinə görə Madridə gedir. Ancaq bu, fransızlara Mata Harinin ikiqat agent olduğu xəbərdarlığını edən bir an idi. İddialara görə, Almaniya kəşfiyyatı məşhur rəqqasənin uzun müddətdir Almaniya üçün çalışdığı mesajını almışdı. Mata Harinin ikili agent olub-olmadığı və ya Almaniya kəşfiyyatının bir fransız casusu olduğunu başa düşdükdən sonra onu tələyə salmağa qərar verdiyi hələ də bilinmir.

Hər halda, 1917-ci ildə Mata bir oteldə həbs olunur. Bir çox əsgərin ölümünə səbəb olması və Almaniyaya casusluqda günahlandırılır. Mata Hari müstəntiqlərə and içir ki, həmişə Fransaya sadiq olub. Hətta “Fahişə olduğumu qəbul edirəm. Casusluğu, heç vaxt! Mən həmişə sevgi və zövq üçün yaşadım" sözlərini də deyir.

Ertəsi gün Marqarita Zelle, yəni Mata Hari, günahkar hesab olunur.

Ömrünün son günlərini keçirdiyi kamerada vəkili, səlahiyyətlilərə hamilə olduğunu söyləməsini bildirir. Amma Mata bunu etmir…

Edamdan sonra Mata Harinin cəsədi Parisdəki bir anatomiya muzeyinə verilir. Ancaq 2000-ci ildə qalıqlarının yoxa çıxdığı məlum olur. İddialara görə, qalıqlar 1954-cü ildə muzeyin köçürülməsi zamanı yoxa çıxıb.

Maraqlıdır ki, Mata Harinin məhkəmə işi ilə əlaqəli bütün sənədlər (1275 səhifə) Fransa rəhbərliyi tərəfindən icra edildikdən 100 il sonra da 2017-ci ilədək məxfiləşdirilməmişdir.

Əlbəttə, bu gənc və gözəl qadının həyat hekayəsi bir çox rejissor üçün ilham mənbəyi olub. Bu səbəbdən də onun həyatı haqqında bir çox film və serial çəkilib.

Dİgər xəbərlər