Bakıda havanın tozlu olmasının  - SƏBƏBİ
20 sentyabr 2020 16:01 (UTC +04:00)

Bakıda havanın tozlu olmasının - SƏBƏBİ

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 19-20 sentyabr 2020-ci il tarixlərində   Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Lent.az-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında meteoroloji şəraitlə  əlaqədar olaraq tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır: "Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsəhrəd daşınma deyil, lokal xarakterlidir”.

# 4864
avatar

Oxşar yazılar