Rusiyada növbəti rekord
20 sentyabr 2020 11:55 (UTC +04:00)

Rusiyada növbəti rekord

Rusiyada son sutka ərzində daha 6148 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1103399 nəfərə çatıb.

Son sutka ərzində 79 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 418 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

# 3229
avatar

Oxşar yazılar