Qonşu ölkədə bir gündə koronavirusa 200-ə qədər yoluxma
20 sentyabr 2020 10:45 (UTC +04:00)

Qonşu ölkədə bir gündə koronavirusa 200-ə qədər yoluxma

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 196 yoluxma halı qeydə alınıb.  

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3502 nəfərə çatıb. 

Qeyd edək ki, Gürcüstanda hazırda 5014 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1494 nəfərin sağaldığı,  9 nəfərin isə vəfat etdiyi bildirilir.

# 4024
avatar

Oxşar yazılar