17:42
19 Sentyabr 2020

Elektromobillərlə bağlı MÜKƏMMƏL İXTİRA: 15 saniyə ərzində...

Elektromobillərin məşhurluqları artdıqca sürətli şarj texnologiyasına sahib batareyalara tələbat da artır. Hazırda bu mövzuda olan texnologiyalar ideallıqdan uzaqdılar. Lakin yaxın müddət bu vəziyyət dəyişə bilər.

Lent.az "technote"a istinadən xəbər verir ki, estoniyalı mütəxəssislər 15 saniyə ərzində şarj olunan batareyanı yaratdıqlarını elan ediblər.

Bununla yanaşı yaradılmış yeni növ batareya hətta 1000 dəfə şarj dövründən sonra da öz effektivliyini olduğu kimi saxlayır.

Estoniyanın Skeleton Technologies şirkətinin təmsilçilərinin fikirlərinə əsasən litium-ion batareyalar və hidrogen yanacağı elementləri lazımi səviyyədə şarj sürətini təmin edə bilmirlər.

Bu problemi aradan qaldırmaq üçün böyük həcmə sahib və 15 saniyə ərzində şarj olunan superbatareya yaradılıb. Məlumatda qeyd edilib ki, yaradılmış batareya hətta 100.000 dəfə şarj dövründən sonra da öz həcmini qoruyub saxlayır.

Estoniyalı mütəxəssislər əmindirlər ki, bu yeni texnologiya sayəsində qazıntı yanacaq növlərindən tamamilə imtina etmək mümkün olacaq. Skeleton Technologies şirkəti yaradılmış yeni texnologiya barəsində konkret məlumatlar verməkdən imtina edib. Şirkət sadəcə qeyd edib ki, sözügedən texnologiya patentləşdirilmiş karbon nanomaterialdan hazırlanıb.

Dİgər xəbərlər