Bitlz qrupu haqqında kitab çap olundu
19 sentyabr 2020 15:21 (UTC +04:00)

Bitlz qrupu haqqında kitab çap olundu

Əfsanəvi Bitlz qrupu haqqında avtobioqrafiq kitab işıq üzü gördü.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, musiqi qrupunun üzvləri ilə bağlı son 20 ildə hazırlanan ilk avtobioqrafik kitab 2021-ci ilin avqust ayında mağazalarda olacaq.

Kitabda musiqiçilərin 120 saatdan artıq qeydə alınmış dialoqları yer alıb.

Bundan əlavə kitabda qrupun əvvəllər geniş kütləyə məlum olmayan bir çox fotoşəkili dərc ediləcək. Kitabın ön sözünü İngilis yazıçısı Hanif Kureishi tərəfindən hazırlanacaq.

Qeyd edək ki, qrup haqqında ilk bioqrafiq kitab 2000-ci ildə işıq üzü görüb. Kitabda 1970-ci ilə qədər musiqi qrupu ilə baş verən hadisələr təsvir olunub.

# 2143
avatar

Oxşar yazılar