D vitamini çatışmazlığı: diaqnozu necə qoyulur?
19 sentyabr 2020 14:00 (UTC +04:00)

D vitamini çatışmazlığı: diaqnozu necə qoyulur?

Orqanizm üçün ən vacib vitaminlərdən biri də D vitaminidir. Son illərdə D vitamin ən önəmli vitamin kimi təqdim olunur. Xüsusilə də immunitetin güclü olması üçün məhz D vitamininin normada olmasının vacibliyi vurğulanır. Amma müasir dövrdə insanların bir çoxunda bu vitaminin çatışmadığı məlum olur. D vitami çatıçmazlığı isə orqanizmdə bir çox problemlərin yaranmasına səbəb olur. Bəs D vitamini çatışmazlığının diaqnozu necə qoyulur?

e-tibb.az bununla bağlı həkim-endokrinoloq Hidayət Məmmədzadənin fikirlərini təqdim edir:

D Vitamini çatışmazlığı qanda bu vitaminin səviyəsinin ölçülməsi ilə qoyulur. Daha çox optimal sayılan 25 oksihidroksi D vitamininin analizi ilə biz qanda onun hansı səviyyədə olduğunu bilirik.

Optimal olaraq Vitamin D-nin qanda səviyyəsi 30-88 nanoqram milli/litr olaraq qəbul olunmaqdadır. Müraciət edən xəstələrin, demək olar ki, hamısında Vitamin D-nin səviyyəsi aşağıdır. Daxil olan xəstələrin əksəriyyətinə Vitamin D yazılmaqdadır. Çünki, söylədiyimiz kimi dünya Vitamin D pandemiyasında olub, yetərli Günəş şüası almamaqla bağlı olaraq hər kəsdə Vitamin D aşağıdır. Bizim istədiyimiz rəqəm insanlarada 30 nanoqram/ml üzərində Vitamin D səviyyəsini qoruyub saxlamaqdadır. 20-30 nanoqram/ml arası yetərsizlik, 20 nanoqram/ml-dən aşağı əskiklik, 10 nanoqram/ml-dən aşağı ciddi əskiklik kimi qəbul olunur. Əgər 4 nanoqram/ml-dən aşağıdırsa bu, çox ağır Vitamin D çatışmazlığı deməkdir.

Bunun diaqnozunun qoyulması yaşa bağlı olaraq uşaqlarda, hamiləlik zamanı, fərqli vəziyyətlərdə müxtəlif cür izah oluna bilər. Təbii ki, diaqnozun qoyulması qanda Vitamin D-nin təyini ilə mümkündür.

Analiz yaxşı olar ki, sabah saatlarında ac olaraq verilsin. Bu diaqnozun qoyulması və müalicəsi birbaşa həkim-endokrinoloq tərəfindən edilsin. Vitamin D-nin səviyyəsinin 150 nanoqram/ml-dən yüksək olması isə Vitamin D zəhərlənməsi və ya intoksikasiyası anlamına gəlir. Bu, adətən, xəstələrin özbaşına Vitamin D pereparatlarının qəbulu ilə əlaqədar olan hallarda baş verir.

# 19585
avatar

Oxşar yazılar