Salyanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sentyabrın 10-da Salyan rayonunun Yolüstü kəndində “Mitsubishi Pajero” markalı avtomobil yolu keçən Şirvan sakini, 1964-cü təvəllüdlü Əbülfəz Akif oğlu Əhmədovu vurub.
Ə. Əhmədov Bakı xəstəxanalarından birində aldığı ağır kəllə-beyin travmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.