Koronavirus statistikası: 135 nəfər sağaldı, 117 nəfər yoluxdu,  1 nəfər öldü
18 sentyabr 2020 15:34 (UTC +04:00)

Koronavirus statistikası: 135 nəfər sağaldı, 117 nəfər yoluxdu, 1 nəfər öldü

Azərbaycan koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışbir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38894 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 36424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1898 nəfərdir.

Ölkədə son sutka ərzində 5898, hazırkı dövrədək isə 1041184 test aparılıb.

# 1663
avatar

Oxşar yazılar