19:31
18 Sentyabr 2020

İki narkotik alverçisi tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Ə.Abdullayev və Cəlilabad rayon sakini H.Qurbanov saxlanılıblar.

Şəxsi axtarış zamanı H.Qurbanovdan 770 qram tiryək və 713 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Dİgər xəbərlər