WhatsApp-dan YENİLİK:  barmaq izi ilə...
18 sentyabr 2020 19:25 (UTC +04:00)

WhatsApp-dan YENİLİK: barmaq izi ilə...

Dünyada milyardlarla insanın istifadə etdiyi WhatsApp, masa üstü versiyası üçün barmaq izi ilə giriş xüsusiyyətini sınaqdan keçirir. Məqsəd əlavə  təhlükəsizlik tədbiri yaratmaqdır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  artıq WhatsApp Veb-ə barmaq izi ilə giriş cəhdləri başlayıb.

WhatsApp mesajlaşma platformasının masa üstü versiyası WhatsApp Web-də "giriş üçün vur" xüsusiyyətini hazırlayır və hazırda həmin versiyanı sınaqdan keçirir.  

Bu yeni metod,  kiminsə telefonunuzu tapdığı halda hesabınıza daxil olma ehtimalını da aradan qaldırır. Məlumatda qeyd olunur ki, WhatsApp bu yeni funksiya ilə dah güclü bir təhlükəsizlik tədbiri yaratmağı planlaşdırır.

 

 

 

 

# 6499
avatar

Aygün İbrahimli

Oxşar yazılar