11:19
18 Sentyabr 2020

Daha bir fəhlə damdan yıxıldı

Sentyabr 17-də Hacıqabul rayonunun Atbulaq kənd sakini İlkin Baxşaliyevin fəhlə işlədiyi “Green house” MMC-nin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olduğu zaman yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hacıqabul rayon Prokurorluğundan Lent.az -a daxil olan məlumata görə, dərhal prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, hadisə ilə əlaqədar izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəb, şərait və mexanizminin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər